Bu şəxslər cinayət məsuliyyətindən azad ediləcək

Bu şəxslər cinayət məsuliyyətindən azad ediləcək
  04 İyul 2017    Oxunub:1541
Mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb.
AzVision.az-ın məlumatına görə, qanun layihəsində qeyd edilmiş yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.

Həmçinin daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd edək ki, prezident İlham Əliyev ötən həftə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsini Milli Məclisə göndərib.

Layihə Milli Məclisin payız sessiyasında gündəliyə daxil ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Prezident   Milli-Məclis   Layihə  





Xəbər lenti